advertiselogin privacy policy
Press Relizlər Xidmətlər Əlaqə
   

“Vətəndaş Cəmiyyətinə Dəstək” Koalisiyasının
yaradilması barədə

BƏ Y Ə N N A M Ə

Bakı şəhəri                                               17 mart  2007-cı il

Azərbaycan Respublikasının ərazisində  fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları, İctimai Birliklər və ayrı-ayrı fiziki şəxslər Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (İctimai Birliklər və Fondlar) haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası digər qanunlarını və Beynəlxalq demokratik prinsipləri rəhbər tutaraq biz, “Vətəndaş Cəmiyyətinə Dəstək” koalisiyasının yaradılmasını bəyan edirik.

Missiyamız vətəndaş cəmiyyəti quruculuğunda ölkə vətəndaşlarının iştirakını təmin etməkdir.

Məqsədimiz, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına kömək ğöstərmək, Vətəndaş Cəmiyyətinin Inkişafı ilə bağlı prosesləri qiymətləndirmək və münasibət bildirmək, həmin prosesləri sürətləndirə və genişləndirə bilən təkliflər vermək, Azərbaycanın Beynəlxalq Təşkilatlar, xüsusən Avropa Şurası qarşısında  götürdüyü öhdəliklərin yerinə yetirilməsinə kömək ğöstərmək, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının surətlənməsinə, Beynəlxalq hüquq normalarının və standartlarının ölkədə tətbiqinə, Vətəndaş Cəmiyyəti quruculuğunda yerli özünüidarəetmə qurumlarının və icmaların fəallığının artırılmasına, gənclərin və qadınların Vətəndaş Cəmiyyəti quruculuğunda fəal iştirakına, Vətəndaş Cəmiyyətinin İnkişafı istiqamətində qanunvericilik bazasının gücləndirilməsinə və təkmilləşdirilməsinə, təbii sərvətlərin istismarından əldə olunan gəlirlərin xərclənməsində vətəndaş cəmiyyətinin iştirakının stimullaşdirılmasına nail olmaqdır.

"Vətəndaş Cəmiyyətinə Dəstək" Koalisiyası bölgə ölkələrinin Avropaya inteqrasiyasının regional kontekstdə götürülməsinin tərəfdarı kimi çıxış edərək, bu sahə üzrə geniş və ardıcıl işlər də aparmaq niyyətindədir.

 

 

flowers

Biz, aşağıda imza edənlər “Vətəndaş Cəmiyyətinə Dəstək” Koalisiyasının məqsəd və vəzifələrinin həyata keçirilməsində İctimai Birliklər, Qeyri-Hökumət Təşkilatları, Beynəlxalq Təşkilatlar, Milli Məclis, Hökümət, KİV və yerli özünüidarəetmə qurumları ilə qarşılıqlı əməkdaşlıq etməyə hazır olduğumuzu bəyan edirik!