advertiselogin privacy policy
Press Relizlər Xidmətlər Əlaqə
   


“VƏTƏNDAŞ CƏMİYYƏTİ MƏTBUATSIZ KEÇİNƏ BİLMƏZ ”
2 May 2007


Son zamanlar mətbuata artan təzyiqlərlə əlaqədar olaraq Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası (VCDK) narahatlıq bildirən bəyanat yayıb. Bəyanatda deyilir: “Jurnalistlər cəmiyyətin güzgüsüdür və ölkə ilə bağlı məsələlərin qabardılmasında əhəmiyyətli rol oynayırlar. Vətəndaş cəmiyyəti və digər təbəqələrin nümayəndələri mətbuatsız keçinə bilməz.
Tənqidi yanaşma tərzinə malik və cəmiyyətin problemlərini araşdırıb üzə çıxaran jurnalistlərə Azərbaycanın böyük ehtiyacı var. VCDK hesab edir ki, jurnalistlər yazdıqları fikirlərinə görə, təzyiqə və həbsə məruz qalmamalıdırlar. Bu ölkəmizin beynəlxalq imicinə ziyan vurmaqdadır”.
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsindən narahatlığını ifadə edən VCDK onun azad olunması üçün ölkə başçısına müraciət edib.

Zərdabi Mətbuat Mərkəzi

http://www.zmm.az/index.php?s=xeberler&id=238

flowers