QHT Əməkdaşlıq Alyansı Dövlət Dəstəyi Şurasına keçiriləcək seçkilərə qatılacaq

QHT Əməkdaşlıq Alyansı

Alyans Şurasının toplantısında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına keçiriləcək seçkilər də müzakirə edilib. Müzakirələrdə Şura üzvləri Alyansın bu seçkilərdə öz namizədləri ilə çıxış etməsi haqqında qərar vermişdir. Müzakirələrin sonucu olaraq, qərara alınıb ki, Alyansın QHT-lərə Dövlət Dəstəyi Şurasında təmsil olunması üçün öz sıralarından və nüfuzlu QHT rəhbərlərindən namizədləri irəli sürülsün.  Şura iclasında həmçinin o da qərara alınıb ki, Alyansın dəstəkləyəcəyi namizədlərin adları yaxın günlərdə ictimaiyyət üçün açıqlansın.

Daha sonra Şura iclasında Alyans üzvülüyünə qəbulla bağlı iki müraciətə baxılb.  “XXI Əsrin Qadınları” İctimai Birliyi (sədr Mahirə Əmirhüseynova) və “Media Monitprinqi və Araşdırılması” İctimai Birliyinin (sədr Məzahir Aşirov) üzvlüklə bağlı müraciətləri müsbət dəyərləndirilib və bu təşkilatlar Alyans üzvlüyünə qəbul edilib.

QHT Əməkdaşlıq Alyansı İcra Katibliyi

02 fevral 2012-ci il

Share

Alyans Xocalı soyqırımı ilə bağlı aksiyalara start verdi

QHT Əməkdaşlıq Alyansı

QHT Əməkdaşlıq Alyansının növbəti Şura iclası keçirilib. Şura Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər planını müzakirə edib. Alyansın əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, bu gündən etibarən, yəni fevral ayının 2-dən Alyans Xocalı soyqırımı ilə bağlı aksiyalara start verir. Şura toplantısında, həmçinin bildirilmişdir ki, Alyans Şurası ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə görüşdə də bu məsələ ciddi müzakirə edilmiş və dəstəklənmişdir.

Daha sonra tədbirlər planı müzakirə edilərək qəbul edilib və Alyansın Şura üzvü Xanoğlan Əhmədovun rəhbərliyi ilə bu tədbirlərin keçirilməsi üzrə İşçi Qrupu yaradılıb. Tədbirlər planına, əsasən bu gündən etbarən, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xocalı Soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün internet aksiyasına start verilib. İlkin olaraq, Alyans üzvləri Facebook sosial şəbəkəsindəki səhifələrində profillərini dəyişərək, Xocalı faciəsini əks etdirən şəkillər yerləşdirəcək və onu paylaşacaqlar. Eləcə də bütün Facebook istifadəçilərinə bu kampaniyaya qoşulmaları ilə bağlı müraciət ediləcək. Soyqırım aksiyalarının yekunu olaraq, fevral ayının 16 və 17-də çoxsaylı QHT-lərin və KİV-lərin iştirakı ilə geniş toplantıların keçirilməsi qərara alınmışdır.

Share

QHT Əməkdaşlıq Alyansı Fransa Senatının üzvlərinə adlı müraciət kampaniyasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin Fransa Senatında qəbul olunan qanunun əleyhinə həmrəylik nümayiş etdirmək çağırışına QHT Əməkdaşlıq Alyansı müsbət cavab verib

QHT Əməkdaşlıq Alyansı Fransa Senatında yanvarın 23-də “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinə etirazını bildirmək üçün maraqlı kampaniyaya başlayıb. Kampaniya ilə bağlı yayılan bəyənatda deyilir ki, Fransa Senatının üzvlərinə ayrı-ayrılıqda müraciətlər hazırlanıb göndərilir. Müraciətdə deyilir ki, artıq Senat üzvlərinin siyahısı hazırdır və hər bir QHT bu ünvanları QHT Əməkdaşlıq Alyansından götürə və adlı kampaniyaya dəstək verə bilər.

Daha sonra bəyanatda deyilir:

Fransa Senatının soyqırımları inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi özünü demokratiyanın qarantı hesab edən dövlətlərdən biri Fransanın demokrayiyanın təməl prinsiplərini kökündən inkar etməsi deməkdir. Bu qanunun lehinə səs verən senatorlar isə Avropanın mərkəzində demokratiyanı “dəfn edən”lər kimi tarixin yaddaşında qalacaqlar. Fransa Senatının bu qanunu qəbul etməzdən öncə öz tarixini vərəqləməsi, dünyada neçə soyqırımlara müəlliflik etməsini unutmaması zəruri idi. Təəssüf ki, Fransa dövlət olaraq, çox da uzaq olmayan keçmişdə bu tarixi utanc faktlarının müəllifi oldu. Fransa ötən əsrin əvvəllərində Yaxın Şərqdə, əsrin ortalarında Şimali Afrikada törətdiyi soyqırımlarla tarixin yaddaşında qalıb.

Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinə səs verən senatorlara onların təmsil etdikləri dövlətin soyqırım siaysətini və həmin faktları xatırlatmaq Azərbaycan ictimaiyyətinin də borcudur. Çünki bu qanunu qəbul edən bir ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyası bütünlükdə nəinki şübhə altına düşüb, tamamilə başa çatıb. Artıq Fransa vasitəçi kimi ona verilən mandatdan istifadə edə bilməz və bu ölkə münaqişənin həllindəki missiyasında  hüquqi və mənəvi haqqını itirib.

Fransa Senatının qəbul etdiyi qanunun insan hüquq və azadlıqlarının təməl prinsiplərinə, düşüncə və söz azadlığına zidd olduğunu əsas götürərək, beynəlxalq birliyin bu qanunun ləğvi üçün hərəkətə keçməsinə çalışmaq hər birimizin vəzifəmiz və haqqımızdır.

QHT Əməkdaşlıq Alyansı olaraq hesab edirik ki, bütün vətəndaş cəmiyyəti sektoru prosesdə aktivlik göstərməli, Fransanın tarixi soyqırım faktlarını bu qanunun qəbul edilməsinə səs verən  Fransa Senatının üzvlərinə bir daha xatırlatmaqla, gələcəkdə onları daha müqabil hərəkətə təşviq etməkdir. Digər tərəfdən, adlı kampaniyanın aparılması Fransa prezidentini qanunu imzalamqdan öncə düşünməyə də vadar edə bilər.

Share

Alyans Şurasına yeni üzv təsdiqlənib

“Azərbaycanda Evrovizion: Vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələr” tədbirinə hazırlıqlar müzakirə edilib

QHT Əməkdaşlıq Alyans Şurasının növbəti toplantısı keçirilib. İclasda təşkilati məsələyə baxılıb. Şura üzvü Gülnarə Axundovanın beynəlxalq təşkilatın nümayəndəsi seçilməsi ilə bağlı Şura üzvlüyündən istefası qəbul olunub. Daha sonra Şuranın əsanaməsinə uyğun olaraq, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov Şura üzvlüyünə təsdiqlənib. 

Daha sonra Şurada yanvar ayının 24-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək “Azərbaycanda Evrovizion: Vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələr” tədbirinə hazırlıqlar müzakirə edilib.  Tədbirə hazırlıqla bağlı Şuranın əlaqələndiricisi Rufiz Qonaqovun və İşçi Qrupun rəhbəri İradə Yaqubovanın məlumatları dinlənilib.  Çıxışçılar tədbirə hazırlıqla bağlı keçirilən görüşlər və dəvətlər haqqında Şuranı məlumatlandırıb. Şura əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, tədbirin əhəmiyyətinin nəzərə alaraq, bir sıra görüşlər keçirilib, dəvətlər ünvanlarına çatdırılıb. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən yaradılmış Təşkilat Komitəsi ilə əməkdaşlıq etmək haqqında qərarımıza uyğun olaraq, üzərimizə düşən işlər yerinə yetirilib.

Şura tədbirə hazırlıqla bağlı görülən işləri qənaətbəxş hesab edib.

QHT Əməkdaşlıq Alyansı İcra Katibliyi

21 yanvar 2012-ci il

Share

QHT Əməkdaşlıq Alyansı “Azərbaycanda Eurovision: Vətəndaş Cəmiyyətinin üzərinə düşən Vəzifələr” adlı tədbirə start verdi

Şuranın icra katibliyi yaradıldı, tədbirlər planı təsdiqləndi

QHT Əməkdaşlıq Alyans Şurasının növbəti toplantısı keçirilib. İclasda Şuranın reqlamenti təsdiq olunub, icra katibliyi yaradılıb. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov Şuranın qərarı ilə Alyansın icra katibliyinin rəhbəri təyin edilib. 

Şura iclasında daha sonra tədbirlər planı təsdiqlənib. Şura əlaqələndiricisi Rufiz Qonaqov 2012-ci ilin yanvar-fevral aylarında Alyansın keçirilməsi nəzərdə tutulan tədbirləri və görüşləri haqqında məlumat verib. Tədbirlər planı geniş müzakirə olunaraq təsdiq edilib. Qərara alınıb ki, “Azərbaycanda Evrovizion: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda yanvar ayının 25-də QHT sektoru təmsilçiləri,  müsabiqə iştirakçıları, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Beynəlxalq Media Mərkəzində  geniş tədbir keçirilsin. Bununla bağlı “Els” Müstəqil Araşdırmalar Mərkəzinin sədri, Alyansın Şura üzvü İradə Yaqubovanın rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Şura fevral ayında isə “Vətəndaş cəmiyyətinin resurslarının inkişafı” mövzusunda daha bir Dəyirmi Masa keçirilməsi haqqında qərar qəbul edib və Şura üzvü Xanoğlan Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb.  Şura üzvü Razi Nurullayev isə Dəyirmi Masada məruzəçi təyin edilib.

Alyans Şurasının əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, Evrovizion kimi mühüm əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi, bu tədbirdən istifadə edərək ölkəmizin, onun mədəniyyətinin təbliği ilə bağlı vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifə düşür. Hesab edirik ki, ötənilki qələbədə vətəndaş cəmiyyətinin də payı var və bu il də fürsətdən istifadə etməli, ölkəmizi layiqincə təbliğ etməliyik. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən yaradılmış Təşkilat Komitəsi ilə əməkdaşlıq etməli, hazırlıq prosesində bacardığımız töhfəni verməliyik. Elə Alyans tərəfindən 25 yanvarda keçiriləcək tədbir də bu baxımdan böyük önəm daşıyır.

 QHT Əməkdaşlıq Alyansı İcra Katibliyi

Share

QHT Əməkdaşlıq Alyansı qanun layihələrinə münasibətini açıqladı və təkliflər verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin – “Sosial Sifariş haqqında” qanun layihəsi və Korporativ Sosial Məsuliyyət Xartiyasının ictimai müzakirəsini davam etdirir. QHT Əməkdaşlıq Alyansı bu qanun layihələrinin vacib olduğunu və üçüncü sektorun inkişafı üçün əsas rolunu oynayacağı qənaətindədir.

QHT Əməkdaşlıq Alyansı özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında rol almasının zəruriliyini vurğulayır və qeyd edir ki, bütün dünyada özəl sektor QHT-lərlə çox yaxından əməkdaşlıq edir və bir çox sosial yönümlü layihələrin icrasını da onlara həvalə edir. Bu baxımdan, təklif edilən qanunlarda da özəl sektorun vətəndaş cəmiyyəti ilə əməkdaşlığı üçün stimullaşdırıcı bəndlər olmalıdır.

Təklif edilən qanunlarda Sosial Sahibkarlıq termininin yer alması da vacibdir. Özəl sektor üçün sosial sahibkarlıq meyarlarının da qanunla tənzimlənməsi ümumən, həm vətəndaş cəmiyyətinin, həm də bütövlükdə cəmiyyətin inkişafına, yeni iş yerlərinin açılmasına, və kasıbçılığın aradan qaldırılmasında mühüm rol oynaya bilərdi.

Sosial İnkişaf və ya Sosial Sərmayə Fondlarının yaradılması və bu tip tədbirlər üçün dövlətin güzəştlər, vergi yükünün azaldılması kimi addımlar atması da mühüm irəliləyişə gətirib çıxarardı. Bu baxımdan, qanun layihələrində bu fəaliyyət növlərinin tənzimlənməsi mövcud boşluqları doldura bilər və ona görə QHT Əməkdaşlıq Alyansı təklif edir ki, bu səsləndirilən məsələlər layihələrdə yer alsın.

Share

Azərbaycan QHT-ləri Türkiyəni tək qoymayacaq_bəyanat

QHT Əməkdaşlıq Alyansı Fransa parlamentində müzakirəyə çıxarılan və ən böyük antidemokratik qanunlardan birinə çevriləcək, digər insanların hüquqlarının pozulmasına səbəb olacaq “erməni soyqırımı”nın Fransanın siyasi mövqeyindən irəli gəldiyi qənaətindədir. Hesab edirik ki, bu siyasi məna daşıyır və qardaş Türkiyə ilə yanaşı Azərbaycanın da əleyhinədir. Fransa prezidenti Nikola Sarkozi bu addımla öz seçki kampaniyasına hazırlıq görür. Həmişə olduğu kimi bu dəfə də ermənilər alətə çevrilib.

Türkiyə və Azərbaycanın əleyhinə çevrilən bu kampaniya durdurulmasa, Fransanın ATƏT-in Mins Qrupunun həmsədri kim fəalyyəti haqlı olaraq, sual altına düşəcək. Ermənilərə bütün hüquqları tanıdan bir dövlətin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hər hansı müsbət mövqe sərgiləyəcəyi inandırıcı görünmür. Ona görə də QHT Əməkdaşlıq Alyansı olaraq, hesab edirik ki, Fransa öz bitərəfliyini sübut etmək üçün bu qanunun qəbulundan imtina etməlidir. QHT Alyansı olaraq, bu qanunun Fransa parlamentində səsverməyə çıxarılmasını qətiyyətlə pisləyirik və hesab edirik ki, Fransanın hüquq-müdafiə təşkilatları bu məsələdə öz hökumətlərinə təzyiq etməli, Fransa vətəndaşlarının hüquqularının qorunmasında qətiyyətli addımlar atmalıdır.

Bir daha Fransa hökumətini antidemokratik qanunun qəbulundan imtina etməyə çağırırıq. Bəyan edirik ki, bu qanun təkcə Türkiyə ilə deyil, Azərbaycanla da Fransanın münasibətlərinə xələl gətirəcək və Azərbaycan QHT -ləri Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün bütün variantlardan istifadə edəcək.

Share

QHT Əməkdaşlıq Alyansı ilk Şura toplantısını keçirdi

QHT Əməkdaşlıq Alyansının Şura toplantısı, 14 dekabr 2011

Bu gün QHT Əməkdaşlıq Alyansının ilk Şura toplantısı keçirilib. Toplantıda 2012-ci ildə Alyans qarşısında duran vəzifələr, Şura əlaqələndiricisi seçilməsi məsələsinə baxılmış, Şura üzvü Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İB-nin sədri Rufiz Qonaqov ilkin müddətə Alyansın Şura Əlaqələndiricisi seçilmişdir.

Eyni zamanda, QHT Əməkdaşlıq Alyansının Şura üzvlərindən “REGİON” Beynəlxalq Analitik Mərkəz İH-nin sədri Razi Nurullayev, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova, İnsan Hüquqları və Maarifçilik İB-nin rəhbəri Rəfail Becanov, “Yeni Həyat” Humanitar Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova, “Media və Mülki Cəmiyyət” İB-nin Xanoğlan Əhmədov, Aydin Səma və Kimsəsiz Uşaqlara Qayğı Cəmiyyətinin sədri Nərgiz Nağıyeva və başqaları iclasda  müzakirə olunan məsələlərə münasibət bildirmişlər.

Müzakirələrin sonunda bir sıra vacib qərarlarla yanaşı, QHT-ləri düşündürən mühüm məsələlərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ilə Alyansın Şurası arasında görüş keçirilməsi üçün müraciətin edilməsi haqqında da qərar qəbul olunmuşdur.

QHT Əməkdaşlıq Alyansının mətbuat xidməti 

Share

QHT Əməkdaşlıq Alyansı “birtərəfli sevgi olmaz” dedi

QHT Əməkdaşlıq Alyansı

Bu ilin iyul ayında yeni formatda fəaliyyət göstərən və onlarla QHT-ni sıralarında birləşdirən QHT Əməkdaşlıq Alyansı mətbuat üçün açıqlama yayıb. Açıqalamada deyilir ki, ikinci dəfə müstəqillik qazandığımız vaxtdan 20 ilə yaxın vaxt keçsə də vətəndaş cəmiyyəti, Azərbaycanda hələ də tam olaraq formalaşmayıb. Buna səbəb QHT-lərin fəaliyyətinin davamlı olmaması, sosial fəaliyyət üçün lazımı sosial infrastrukturun çatışmazlığı, ardıcıl maliyə mənbələrinin kəsadlığı və bəlkə də ən əsası, özəl sektorun vətəndaş cəmiyyəti ilə hələ də işləmə həvəsinin olmamasıdır.

Müxtəlif inkişaf və inkişaf etməkdə olan ölkələrdə özəl sektor QHT-lərin sosial sifarişləri yerinə yetirməsində, özəl sektorla əhali arasında körpünün yaradılmasında, özəl sektorun fəaliyyətində sosial yönümlülüyün yaradılmasında mühüm rol oynayırlar. Amma, Azərbaycanda bu məsələ sanki, daşa rast gəlib.

Azərbaycanda biznes pul qazanmaq haqqında düşünür və bu zaman onlara pul qazandıran əhalini, vətəndaşları unudur. Əgər biznes pul qazanırsa, onlara pul qazandıranın da qarşılıqlı marağını təmin etməlidir. Çünki, rəqabət də böyükdür. Hörmət və sevgi qarşılıqlı olmalıdır. Birtərəfli sevgi olmaz.

Bu gün 10,000 mindən artıq vətəndaş üçüncü sektorda çalışır və onlar sosial xidmətin müxtəlif sahələrində püxtələşiblər. Özəl sektor, vətəndaş cəmiyyətinin formalaşmasında, maliyyələşməsində və ən azından dövlət xətti ilə yerinə yetirdikləri layihələrdə sosial xidmətlərə cəlb olunmasında mühüm addımlar atmalıdır.

Məlumdur ki, özəl sektorun çəkindiyi məqamlar da var. Onlar bəzən QHT-lərin sosial xidmətlərə cəlb olunmasını, tədbirlərinin maliyyələşdirilməsini və onlarla birbaşa müqavilələrin bağlanmasında bir təhlükə hiss edirlər. Bunun da həll yolu mövcuddur. Onlar bu fəaliyyətlərini Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası xətti ilə də həyata keçirə bilərlər. Şuranın xətti ilə ayrılan vəsaitlər QHT-lərə çatdırıla bilər.

QHT Əməkdaşlıq Alyansı hesab edir ki, bu gün Azərbaycan QHT-ləri ilə yanaşı vətəndaş cəmiyyətinin ayrılmaz atributlarından biri olan mətbuatın da ciddi maliyyə problemləri var. Reklam bazarı yox dərəcəsindədir. Özəl sektor mətbuatla çox zəif əməkdaşlıq mühitindədir və əsasən, bu və ya digər pres-relizlərini yaymaq üçün mətbuata üz tuturlar. Mətbuatın maliyyyə qaynaqlarının zəif olması birbaşa vətəndaş cəmiyyətinin də zəif olmasına və QHT sektorunun da inkişafına əngəl törədir. Buna görə də özəl sektor QHT-lər vasitəsilə mətbuatla daha yaxından əməkdaşlıq etməlidir. Onlar birbaşa mətbuat vasitəsilə və QHT-lərin təşkilatı və yaradıcılıq imkanları ilə uzlaşan layihələr həyata keçirə bilərlər. Bu tip layihələrin hansılar olması barədə isə QHT Əməkdaşlıq Alyansı yaxın günlərdə fikirlərini geniş ictimaiyyət üçün açıqlayacaqdır.

Share

Xarici donorlar Azərbaycan QHT-lərinə hörmətsizlik edirlər

Razi Nurullayev

Razi Nurullayev: «Xarici donorların Azərbaycanda demokratiyanın, insan haqlarının, vətəndaş cəmiyyətinin inkişafına çalışmaları barədə dedikləri qeyri-ciddi səslənir» 

Son vaxtlar beynəlxalq donor təşkilatlarının Azərbaycan QHT-lərinə diqqəti azalıb. Xeyli müddətdir xarici donorlarla çalışan QHT-lərin rəhbərləri buna açıq şəkildə etiraz etməkdədirlər. Belələrindən biri də REGİON Beynəlxalq Analitik Mərkəzi İH-nin sədr Razi Nurullayevdir. Onunla söhbətimizdə yaranmış durumun səbəblərini aydınlaşdırmağa çalışdıq.

- Razi bəy, sizcə, xarici donorların Azərbaycan QHT-lərinə bu cür münasibətinin səbəbləri nədir?

 - Əslində onlar bizə qrant verməkdən birbaşa imtina etmirlər. Xarici donorlar elan etdikləri qrant müsabiqələrinə həm xarici, həm də yerli QHT-ləri dəvət edirlər. Yerli QHT-lər isə xarici QHT-lərlə rəqabətdə uduzurlar. Məsələ burasındadır ki, yerli QHT-lər layihələri Azərbaycan dilində hazırlayıb sonradan ingilis dilinə tərcümə etdirirlər. Bu zaman haradasa 20 faiz təhrif mümkündür. Xarici QHT-lərin Azərbaycan təmsilçiləri isə bu baxımdan üstünlüyə malikdirlər. Bunun nəticəsidir ki, xarici donorların keçirdikləri qrant müsabiqələrinin qalibləri elə xarici QHT-lər olurlar. Həmin QHT-lər sonradan Azərbaycan QHT-lərini formal olaraq tərəfdaş kimi seçirlər. Onu da deyim ki, xarici QHT-lər adətən aldıqları qrantların böyük bir qismini adminstrativ xərclərə yönəldirlər. Birbaşa nəzərdə tutulan məqsədə yönəldilən vəsaitlərin həcmi isə çox az olur. Başqa sözlə, xarici donorların ayırdığı qrantlar Azərbaycanda demokratiyanın, insan hüquqlarının, vətəndaş cəmiyyətinin inkişafına deyil, onların öz ölkələrini təmsil edən QHT-lərin imkanlarının artırılmasına yönəlir. Bu, çox pis tendensiyadır. Çünki beynəlxalq donorlar həmişə elan edirlər ki, onlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı layihələr həyata keçirirlər. Bu barədə ağızdolusu danışırlar, amma əməli işə gələndə kənaraçıxmalara yol verirlər.

Continue Reading →

Share