advertise
Press Relizlər Xidmətlər Əlaqə
   

18 iyun 2007                                                                                       Bakı

ISVEÇIN PAYTAXTI STOKHOLMDA AVROPA ŞURASININ 3-CÜ SESSİYASI KEÇİRİLİB
NÖVBƏTİ SESSİYA İSPANİYANIN PAYTAXTI MADRİD ŞƏHƏRINDƏ OLACAQ

İyun ayının 13-dən 15-nə kimi İsveçin paytaxtı Stokholm şəhərində Avropa Şurası, İsveç Hökuməti və İsveç Yerli Hökumət və Regionlar Assosiasiyasının birgə təşkil etdiyi “Demokratiyanın Gələcəyi Forumu” eqidası altında sayca 3-cü sessiyası keçirilib. Bu ilki sessiyanın mövzusu “Hakimiyyət və Səlahiyyət – demokratiya və insan hüquqlarının bir-birindən asılılığı” olub. Konfrans Avropa Şurası ölkələrindən 300 yaxın nümayəndənin iştirakı ilə baş tutub. Qeyd etmək yerinə düşər ki, 2006-ci ildə ikinci Forum Moskva şəhərində keçirilib və demokratik dövlət quruculuğunda siyasi partiyaların rolu mövzusuna həsr olunub.
Forum demək olar ki, bütün Avropa istəblişmentini bir araya gətirib. Onun işində Avropa Şurasının Baş Katibi Terri Devis, PACE prezidenti Rene Van der Linden, İsveç Riksdagının (Parlament) spikeri Per Vesterberq, Serbiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Vuk Yeremiç, Avropa Şurası Yerli və Regional Hökumət Konqresinin prezidenti Halvdan Skard. İsveçin İnteqrasiya və Gender Bərabərliyi naziri xanım Nyamko Sabuni, İsveç Parlamentinin və PACE üzvü, AŞ-nın Azərbaycan üzrə keçmiş məruzəçisi Andreas Qross və digər yüksək vəzifəli şəxslər və məmurlar iştirak ediblər.
Azərbaycan Forumda Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının icraçı direktoru, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri və Azərbaycan Avropa  Hərəkatının prezidenti Razi Nurullayev tərəfindən təmsil olunub. Forumda müxtəlif səviyyələrdə çıxış edən Razi Nurullayev Azərbaycanın hazırkı durumu haqqında məlumat verib və Avropa ökələrini ölkəmizə daha çox önəm verməyə səsləyib. “Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzedilməz rol oynamaqdadır və demokratik inkişaf yoluna Sovetlər Birliyi dağılandan sonra qədəm qoyan Respublikanın həm iqtisadi, həm də siyasi dəstəyə böyük ehtiyacı var. Belə tədbirlərdə, hesab edirəm ki, Azərbaycana xüsusi önəm verilməli və Qafqaz regionuna ayrica bir sessiya həsr olunmalıdır. Bunun üçün də növbəti sessiyalarda Azərbaycandan daha çox iştirakçının dəvət olunmasını və ölkəmə daha çöx önəm verilməsini xahiş edirəm” – deyə natiq bildirmişdir. Iştirakçıların və sədarətin diqqətlə dinlədyi bu çıxışdan sonra, onlarla iştirakşı bu mövqeyi dəstəklədiklərini qeyd etmişlər və gələcək tədbirlərdə Qafqaz regionuna önəm verilməsini qeyd etmişlər.
Bundan başqa, Razi Nurullayev Avropa Şurası rəhbərliyi və digər Avropa öklərindən gələn nümayəndələrlə fərdi görüşlər də keçirib.

XÜSUSI QEYD ETMƏK YERINƏ DÜŞƏR KI, AŞ-NIN AZƏRBAYCAN ÜZRƏ KEÇMIŞ MƏRUZƏÇISI AZƏRBAYCAN QHT-LƏRI VƏ ONLARIN RƏHBƏRLƏRI HAQQINDA ÇOX ILGINC MƏLUMATLAR DA SƏSLƏNDIRMIŞDIR. LAKIN, O MƏLUMATLARIN BU PRES-RELIZDƏ YER ALMASINA RƏVA GÖRMƏDIK.
Forum– 1) Yeni erada təmsiliçilik demokratiayası, 2) Fərdin səlahiyyətləndirilməsi – irqi ayrı-seçkilik, 3) Vətəndaş Cəmiyyətinin cəlb olunması – söz və sərbəst toplaşmaq azadlığı, və 4) Demokratyanın inkişafı, insan hüquqları və sosial şəbəkələr – irəliyə baxış - sessiyalarında ayrı-ayrılıqda işini davam etdirib. Hər bir sessiyada müzakirələrdən sonra sənədlər qəbul edilib və onlar da birləşdirilərək Avropa Şurası adından Yekun sənəd kimi qəbul edilib. Sənəd Forumda seçilən məruzəçilər –
İsveç Parlamentinin və PACE üzvü Andreas Qross, Avropa Şurası Yerli və Regional Hökumət Konqresi İnstitutsional Komitəsinin prezidenti, Böyük Britaniya Mançester Şəhər Şurasının sədri Keys Uitmor və Stokholm Universiteti siyasi elmlər departamentinin sədri, Avropa Şurasının keçmiş Baş Katibi Daniel Tarçis tərəfindən hazırlanıb və Forum tərəfindən qəbul edilib.
Forumda yekun sözü ilə İspaniya Dövlət Administrasiyası Nazirliyinin dövlət katibi xanım Ana İsabel Leiva Diez çıxış edib və növbəti Forumun Madriddə keçirilməsi qərarına görə Avropa Şurasına təşəkkür edib. Onun sözlərinə görə Ispaniya hökuməti bu Forumun keçirilməsinə yüksək səviyyədə hazırlaşır.
Onu qeyd etmək yerinə düşər ki, Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası Ispaniyada keçirilməsi planlaşdırılan Forumun formatı ilə bağlı təkliflərinini Avropa Şurasına təqdim edəcək.

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının
Mətbuat XİDMƏTİ

 

flowers